Partiya rəsmisindən AÇIQLAMA: Müxalifət kriminalla əlbirdir

Venesuela fəal müdafiə planını həyata keçirərkən hakim Sosialist Partiyasının baş katibi Diosdado Kabello Venesuela müxalifətinin faktiki liderini kriminal qruplarla əməkdaşlıqda ittiham edib. 

Kabello deyir ki, Mariya Korina Maçado “El Kaqon” qrupu ilə danışıqlar apararaq onlara 5 milyon dollar və Marakaybo gölündə çinilərinqurduğu neft platformalarına hücuma görə toxunulmazlıq təklif etdi.

Açıqlamaya görə, plan Suli bələdiyyələrində neft anbarı çənlərinin partladılmasını nəzərdə tuturdu ki, bu da Şevron və ABŞ üçün nəzərdə tutulan neft tədarüklərinə təsir göstərəcək.

Kabello həmçinin əlavə edib ki, Maçado digər kriminal qruplarla, əsasən “Trena de Araqua” bandasının keçmiş üzvləri ilə birləşib, iqtisadi - siyasi təzminat müqabilində Karakasda sabitliyi pozan əməliyyatların keçirilməsini istəyib.   

Venesuela tərəfi elan edir ki, Maçado Vaşinqtonun terrorçu kimi tanıdığı qrupla bağlıdır və Amerika elitasını nəzarətində olan şirkətlər üçün nəzərdə tutulan neft tədarüklərinə təsir etmək istəyir.

Stopnarkotik.az