Parlamentin vitse-spikeri: Gürcüstan narkotik cinayətlərinə qarşı barışmaz mübarizə aparacaq

Gürcüstan hakimiyyəti narkotik cinayətlərinə qarşı barışmaz mübarizə aparmaq niyyətindədir. Stopnarkotik.az xəbər verir ki, bunu parlamentin vitse-spikeri Nino Tsilosani bildirib.

"Biz təşəbbüsü sona qədər aparacağıq və müvafiq qanunvericilik dəyişiklikləri ediləcək. Təbii ki, biz həm narkotik cinayətlərinə qarşı mübarizədə, həm də narkotikdən istifadəni asanlaşdıran şəxslər və ya qurumlarla mübarizədə güzəştsiz olacağıq", deyə Tsilosani vurğulayıb.

Yeri gəlmişkən, qeyd edək ki, bu gün də polis Gürcüstan vətəndaşını və üç əcnəbini qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə saxlayıb.

Saxlanılanlar Rumıniya, Eritreya və İordaniya vətəndaşlarıdır. Saxlanılan şəxslərin evlərinə və avtomobillərinə baxış zamanı polis külli miqdarda marixuana götürüb. Saxlanılan əcnəbiləri 7 ilə qədər həbs gözləyir. 

Stopnarkotik.az