Parkda danışmaq adı ilə telefonu alıb qaçan yeniyetmələr ələ keçdi

Mayın 15-də axşam saatlarında iki nəfərin Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu danışmaq adı ilə alıb, talayaraq qaçmaları barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.