“ÖZÜNÜ “ALLAH” ADLANDIRAN NARKOMAN CANLI YAYIMDA GƏNC QIZA İŞGƏNCƏ VERDİ – Guya onun “cinlərini qovur”... / Video

Rusiyanın Volqaqrad şəhərinin sakini, 31 yaşlı narkoman Anatoli Osipov reabilitasiyadan qayıdıb və əylənmək üçün kluba gedib. Orada 18 yaşlı Alina ilə tanış olub. Yeni “doza” qəbul edən Anatoli, daha sonra evə yeni sevgilisinin yanına gedib. “Ziyafət” əsnasında oğlan həddini aşaraq qızı döyməyə və onu xəsarət yetirməyə başlayıb, eyni zamanda “cincıxarma mərasimi”ni “İnstagram”da canlı yayımlayıb.

Məlum olub ki, Anatoli özünün “tanrı”, Alinanın isə “Lusifer” olduğuna “qərar verib. Beləliklə, sosial şəbəkədə narkoman "cin çıxarma ilə yayımı" lentə alıb. Alinanın üzü qana boyanıb. İsterikaya qapılan "tanrı" tələb edib ki, qız ondan bağışlanmasını diləsin.

Qızın zorakılığa məruz qalmasına evə çağırılan polis mane olub . Polisə isə “cinçıxarma”nı “İnstagram”dan canlı izləyən insanlar xəbər veriblər. Əməliyyatçılar canlı yayımın yerini müəyyənləşdirib, ünvana gedib və 18 yaşlı Alinanı əsirlikdə saxlayan 31 yaşlı Anatolini qandallayıblar. Qız çoxsaylı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, aldığı xəsarətlərdən Alinanın çənəsi sınıb.

İstintaq Anatolinin həbsə alınması üçün məhkəməyə vəsatət verəcək.

Polislər evdən travmatik tapança, bir dəstə patron və boz-yaşıl rəngli bitki mənşəli maddə aşkar ediblər. Anatoli özü bu hekayədə “iblis”in əməlini törədib: ona qarşı qanunsuz həbs və adam öldürməyə cəhd maddələri ilə iş açılıb.

O da bildirilir ki, bir neçə gün əvvəl Anatoli Moskvada dava salıb və orada bıçaqlanıb.

Stopnarkotik.az