Oktyabrın 16-da ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 25 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.
Stopnarkotik.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar olunub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.