Oteldə qadını boğub öldürən şəxs yenidən hakim qarşısında

Oteldə qadını boğaraq öldürməkdə təqsirli bilinən Rəsul Niftəliyev Ali Məhkəməyə müraciət edib. 

Onun şikatəyinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası oktyabrın 19-na təyin olunub.

Qeyd edək ki, 2022-ci il oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən hotellərin birində 1990-cı il təvəllüdlü Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. 

İstintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə ittiham elan olunub.