Oğuzda 4,5 ton çətənə kolu yandırılaraq məhv edildi - FOTO

Oğuzda 4,5 ton çətənə kolu məhv edilib. 

Stopnarkotik.az-a bu barədə DİN-dən məlumat verilib.

Məlumatda deyilir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4,5 ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

**

Stopnarkotik.az