7 oktyabrdan bəri Qəzzada soyqrım törədən, on minlərlə fələstinlinin qətlinin əsas səbəbkarlarından olan İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu “İnstagram” hesabından qalmaqallı paylaşım edib.
O, ölkəmizin də ərazi bütövlüyünü hədəfə alan paylaşımında terror təşkilatı PKK-nın “xəyali terror dövləti” xəritəsinin şəklini yayımlayıb və Türkiyəni "soyqırım" törətməkdə ittiham edib.
Qəzzada dəhşətli soyqrım törədən baş nazirin oğlu paylaşımında “Türkiyədəki kürd əhalinin genosidi dayandırılsın” kimi absurd və sarsaq fikirlər yer alıb.
Netanyahunun paylaşdığı qalmaqallı xəritədə Türkiyənin şərqdəki ərazilərinin demək olar ki, bütöv hissəsi, Azərbaycanın Kəlbəcər ərazisinin bir hissəsi və İrana məxsus ərazilər xəyali "Kürdistan" dövlətinin ərazisi kimi təqdim edilib.
Qeyd edək ki, ötən ilin əvvəlində ABŞ-yə köçən Yair Netanyahu ölkəsinin savaşda olmasına baxmayaraq, Mayami-Biçdə dəbdəbəli həyat tərzi sürür. Qanunun tələbinə baxmayaraq, səfərbərlik çərçivəsində ölkəsinə dönməyən Netanyahu İsrail ictimaiyyəti tərəfindən ən çox tənqid olunan şəxslərdən biridir./azpolitika.info