Neftçalada DƏHŞƏT: kişi arvadını və qayınatasını bıçaqladı - YENİLƏNİB

Neftçalada Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək onu yaralayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundanStopnarkotik.az-a bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

***09:47

Neftçalada kişi arvadını və qayınatasını bıçaqlayıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır./report