Neftçala bazarında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Məlumata görə, yanğının ərazidə daha iri mağazalara keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində bir neçə meyvə mağazası və piştaxtalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
*** 22:18
Neftçalada bazarda yanğın hadisəsi qeydə alınıb.
Yanğın hadisəsi şəhər mərkəzində yerləşən bazarda baş verib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Bir neçə mağazanın yandığı bildirilir./apa