Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz küçə ticarəti ilə məşğul olan, həmçinin məişət əşyalarını dəyərindən qat-qat baha qiymətə vətəndaşlara təklif edərək istehlakçıların hüquqlarını qəsdən pozan şəxslər müəyyən ediliblər.
Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, keçirilən profilaktik tədbirlərlə qeyd edilən hüquqpozmalara yol verən 13 şəxs müəyyən edilib. Onlar barəsində inzibati protokollar tərtib olunub.