Dəyərli oxucularımıza xəbər verdiyimiz kimi, 2025-ci ilin ilk ayından etibarən Azərbaycanda narkotiklə əlaqədar saxlanılan şəxslərin sayı artmaqda idi. Belə ki, 2024-cü ilin son ayında - dekabrda ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində cəmi 287 nəfər saxlanılsa da, 2025-ci ilin yanvar ayında 728, fevralda 745, martda isə 768 nəfərin qoluna qandal vurulub. Bu da son 6 ayın ən yüksək göstəricisi hesab olunurdu.
Qeyd edək ki, ötən ay – apreldə bu sahədə xeyli müsbət nəticə əldə olunub. Stopnarkotik.az-ın araşdırmasına əsasən, DİN-in narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində ötən ay saxlanılan şəxslərin sayı 526 nəfər olub. Bu da əvvəlki ayla müqayisədə 242 nəfər azalma deməkdir.
Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımıza xatırladaq ki, biz sadəcə DİN-in rəsmi açıqlamalarına istinadən yuxarıdakı qənaətə gəlmişik. Nəzərə alsaq ki, adətən real rəqəmlər rəsmi statistik göstəricilərdən 5-7 dəfə çox olur, deməli, ölkədə vəziyyət daha acınacaqlıdır...