NARKOTİKLƏ ƏLAQƏDAR 26 NƏFƏR SAXLANILDI - Ümumilikdə 164 nəfər...

Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 49 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.