Narkotik əməliyyatında yaralanan polis şəhid oldu - VİDEO

İstanbulun Çekmeköy rayonunun Aydınlar məhəlləsindəki Adnan Kahveci küçəsində narkotik satılan  ünvanda əməliyyat keçirilib. Məlumata görə, əməliyyat zamanı sözügedən ünvandan polisə atəş açılıb.

Atəş nəticəsində İstanbul Polis İdarəsinin Xüsusi Əməliyyatlar Şöbə Müdirliyində növbətçi olan polis məmuru Emre Albayrak ağır yaralanıb. Hücumu həyata keçirən şəxs baş verən qarşıdurmada həlak olub. Ünvanda olan daha iki nəfər tutularaq saxlanılıb. İstanbul Valiliyi hadisə ilə bağlı açıqlama verib. Hücumda ağır yaralanan polis məmuru Emre Albayrakın xəstəxanaya aparılıb, lakin tibb müdaxiləyə baxmayaraq həyatını itirib. İstanbul Valiliyi tərəfindən verilən açıqlamada, "Çekmeköy rayonunda narkotik əməliyyatında ağır yaralanan polis məmurumuz Emre Albayrak aparıldığı xəstəxanada bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib və şəhid olub", deyə bildirilib. 

Stopnarkotik.az