Hökumətlərin gizli hava nəzarəti proqramı - "Atmosferə kimyəvi maddələr buraxırlar"

Hökumətlər gizli hava nəzarəti proqramı vasitəsilə dünyanı zəhərli kimyəvi maddələrə və təhlükəli ultrabənövşəyi şüalanmaya məruz qoyurlar.

Belə bir iddia ilə "Geoengineering Watch" şirkətinin təsisçisi, uzun müddət geomühəndislik fəalı olan Deyn Viqinqton çıxış edib.

O, "Daily Mail" nəşrinə müsahibəsində təyyarələrin İkinci Dünya Müharibəsindən qısa müddət sonra havaya alüminium əsaslı hissəciklər buraxmağa başladığını iddia edib. 

Fəalın ən təəccüblü iddialarından biri də adətən Yer atmosferi tərəfindən tamamilə bloklanan ən təhlükəli ultrabənövşəyi işığ növü olan UV-C radiasiyasının artıq səthə çatması ilə bağlıdır. O, yaxınlıqdakı meşələrdə həddindən artıq UV şüalanması əlamətlərini, məsələn, ağacların xarici təbəqələrini yandıran günəş işığı gördüyünü desə də, UV-C-nin yerə çatdığını təsdiqləyən heç bir ekspert tərəfindən yoxlanılmış məlumat yoxdur.

Viqinqton iddialarını dəstəkləmək üçün Viqinqton B-17 bombardmançı təyyarələrinin buxar yollarını açıb bağladığını göstərən arxiv görüntülərinə, keçmiş senator Lindon B. Consonun 1957-ci ildə hava şəraitinin idarə olunması ilə bağlı spekulyativ açıqlamalarına və Vyetnam müharibəsində istifadə edilən bulud səpmə əməliyyatlarına istinad edib. O, həmçinin İraqdakı quraqlığı və keçmiş İran prezidenti Mahmud Əhmədinejadın 2011-ci ildə Qərb ölkələrinin buludsuzlaşması ilə bağlı ittihamlarını bu gizli proqramla əlaqələndirib.

Digər tərəfdən, Viqinqtonun iddiaları uzun müddətdir mövcud olan "kimyəvi iz" sui-qəsd nəzəriyyəsinə əsaslanır ki, bu nəzəriyyə hökumətin havanı idarə etmək və ya ictimai sağlamlığa təsir etmək üçün kommersiya təyyarələrindən havaya təhlükəli kimyəvi maddələr atdığına əsaslanır.

Qeyd edək ki, Aalimlərin böyük əksəriyyəti və ABŞ hökuməti bu nəzəriyyənin yalan olduğunu dəfələrlə bildiriblər. Bildirilir ki, səmadakı izlərin əksəriyyəti təyyarələrin işlənmiş qazlarındakı su buxarı yüksək hündürlüklərdə buz kristallarına çevrildikdə əmələ gələn adi kondensasiya izləridir./azpolitika.info