Britaniyadan Rusiyaya ÇAĞIRIŞ: GÜRCÜSTAN VƏ UKRAYNADAN ÇIX!

Britaniyanın dövlət naziri Rusiyanı öhdəliklərini yerinə yetirməyə və qoşunlarını Gürcüstandan çıxarmağa çağırıb.

ATƏT-in nazirlər görüşündə Britaniyanın dövlət naziri Stiven Dauti Rusiyanı öhdəliklərini yerinə yetirməyə və qoşunlarını Abxaziya və Cənubi Osetiya da daxil olmaqla Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

O, Moskvanın hərəkətlərinin ATƏT-in və Helsinki Aktının fundamental prinsiplərinə zidd olduğunu bildirib və həmçinin Ukraynaya qarşı davam edən mülki şəxslərin dağıntıları və ölümü ilə müşayiət olunan müharibəni xatırladıb.  

Dauti qeyd etdi ki, beynəlxalq təşkilatların məlumatına görə, on minlərlə ukraynalı uşaq da daxil olmaqla, onların deportasiyasına görə Rusiyanın məsuliyyət daşıdığı bildirilir. O, Böyük Britaniyanın onların vətənə qayıtması üçün vəsait ayırdığını və Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

Nazir vurğuladı ki, Rusiya qoşunlarını təkcə Gürcüstanın işğal olunmuş bölgələrindən deyil, həm də Dnestryanıdan çıxarmalı və təcavüzünə görə beynəlxalq məsuliyyəti qəbul etməlidir. 

Stopnarkotik.az