Binəqədidə 7 min manatlıq moped oğurlandı - İKİ YENİYETMƏ TUTULDU

Bakıda moped oğurlayan yeniyetmələr saxlanılıb.

DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, Binəqədi rayonunda bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlanıb.

Keçirilən əməliyyat nəticəsində mopedi oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.