Qafqazdakı nəqliyyat layihələri Rusiya olmadan özünü doğrultmayacaq.
Stopnarkotik.az xəbər verir ki, bu fikri Rusiyanın İrəvandakı səfirliyi bildirib.
"Hər kəs, xüsusən də Ermənistanda "Dünyanın Kəsişməsi" haqqında eşidib. "Trampın Yolu" hazırda çox populyar bir layihədir. Lakin nəticə etibarilə hər şey iqtisadi səmərəlilikdən, logistikadan, yüklərin mövcudluğundan və tranzit xərclərindən asılıdır.
Rusiyanı və ya İranı daha böyük nəqliyyat dəhlizindən kənarlaşdıran layihələr mahiyyət etibarilə gəlirsizdir. Hesab edirəm ki, bu, iqtisadi əməkdaşlıq üçün ən yaxşı zəmin deyil", deyə Rusiyanın Ermənistandakı səfirliyinin nazir-məsləhətçisi Dmitri Litskay bildirib.
Stopnarkotik.az