Narkotik əməliyyatında 13 alverçi tutuldu

Gürcüstanın şərqindəki Kaxetidə 13 narkotik cinayətkarı saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, onlardan 5-i xüsusilə külli miqdarda narkotik vasitələrin alınması, saxlanması və satılmasında, habelə qanunsuz olaraq marixuana yetişdirməkdə ittiham olunur. Polis saxlanılanlardan yeddi nəfərdən silah, qumbara və narkotik vasitələr: heroin, buprenorfin və marixuana götürüb.

Saxlanılanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Stopnarkotik.az