Rusiyanın Moskva vilayətində deputatın qarajında narkotik laboratoriyası tapılıb.
Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, Protvino şəhər dairəsindən deputatlar şurasının deputatı Aleksandr Şabolda narkotik satdığına görə yeddi il həbs cəzası alıb.
Müvafiq hökmü Serpuxov şəhər Məhkəməsi çıxarıb. Məhkəmə sənədlərinə görə, deputat şəxsi qarajında narkotik laboratoriyası təşkil edib və orada istehsal olunanları dostları arasında satıb.
Axtarış zamanı təhlükəsizlik qüvvələri tərəfindən gübrə və qablaşdırılmış bitkilər aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.