Oğuz rayonunun Mollalı kəndində meşəlik sahədə törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Həmkəndlisi, 33 yaşlı Toğrul Kərimovu güllələyərək öldürən və meyitini meşədə basdıran 31 yaşlı Pərvin Məmmədov əvvəllər narkotikə görə məhkum edilibmiş. Onlar arasındakı münaqişə isə Pərvinin Toğruldan aldığı borc pula görə yaranıb. Vəd verdiyi vaxtda borcunu qaytarmayan Pərvin ona irad bildirən həmkəndlisi ilə meşəyə gedərək dalaşıblar. Bu zaman o, odlu silahla atəş açaraq T. Kərimovu qətlə yetirib və meyitini meşədə gizlətdikdən sonra yeri qazaraq onu basdırıb./“qafqazinfo”
***11:18
Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.