“Narkomaniyaya yox deyək!” - Şagirdlərə narkotiklərin fəsadlarından bəhs edən videoçarx nümayiş etdirildi / FOTO

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə M.Osmanov adına 20 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqları uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov, eləcə də digər iştirakçılar narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumatlar veriblər. Şagirdlərə dəyərli tövsiyələr verən məruzəçilər onlara təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıblar.
Görüşün sonunda narkotiklərin fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Stopnarkotik.az