"NARKOMANİYAYA YOX DEYƏK!" - Balakəndə maarifləndirici toplantı / Foto

Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Kibercinayətkarlıqla mübarizə” mövzularında maarifləndirici tədbir keçirilib.

Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi polis polkovniki Çingiz Aslanov narkotik vasitələrdən istifadə edən şəxslərdə yaranan asılılıq və “ağ ölüm”ün səbəb olduğu sosial bəlalar barədə məktəbliləri məlumatlandırıb. O, mütəmadi olaraq təhsil müəssisələrində keçirilən belə görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. 

Həmçinin şagirdlərə kiberdələduzluqdan qorunma metodları barədə ətraflı məlumat verilib, onların internet resurslarında daha ayıq və məsuliyyətli davranmalarının vacibliyi vurğulanıb. 

Görüş interaktiv şəkildə davam edib, şagirdlərin sualları cavablandırılıb və mövzularla əlaqəli videoçarxlar nümayiş olunub.

**