“Narkomaniya yox deyək!” - HACIQABULDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Abdulabad və Meyniman kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüşlər keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirlərdə çıxış edən şöbə əməkdaşları “ağ ölüm” kimi narkomaniyanın artıq cəmiyyətimiz üçün böyük bir bəlaya çevrildiyini bildirərək, şagirdlərə zərərli maddələr barədə geniş məlumatlar veriblər.

Həmçinin polis əməkdaşları erkən nikahların fəsadları mövzusunda da çıxışlar edərək yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu iştirakçıların diqqətinə çatdırıblar.