Narkomaniya sərhədsiz fəlakətdir! - MAARİFLƏNDİRİCİ TƏDBİR / FOTO

"Yeniyetmə və gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir".

Stopnarkptik.az xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən verilən məlumata əsasən, məktəblilərlə növbəti görüş Oğuz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Ərmənət kənd orta məktəbində keçirilib.

RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev narkomaniyanın fəsadları, onunla mübarizə yolları barədə şagirdlərə məlumat verib.

Tədbirdə, həmçinin erkən nikahların yeniyetmələrin təhsildən yayınmasına, psixoloji travmalara və gələcəkdə sosial problemlərə səbəb olduğu diqqətə çatdırılıb.

**

Stopnarkptik.az