Meksikada narkomafiya canlı yayımda bələdiyyə sədrliyinə namizədi öldürüb.
Stopnarkotik.az xəbər verir ki, Meksikanın Verakruz ştatında Teksistepek şəhərinin merliyinə namizəd Yesenia Lara Qutierres seçki kampaniyası zamanı 3 nəfərlə birlikdə televiziyada canlı yayımda güllələnib.
Hücum Lara küçələrdə yerlilərlə salamlaşarkən baş verib. Ümumilikdə 20-yə yaxın atəş açılıb. Meksikada siyasi namizədlərə hücumlar, xüsusən də seçkilər zamanı tez-tez baş verir.
Stopnarkotik.az