Müəllimi elə qətlə yetirdi ki... - BAKIDA QANDONDURAN CİNAYƏTİN DETALLARI / VİDEO

2022-ci il mayın 27-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qaradağ rayonunda baş vermiş ağır cinayətlə əlaqədar məlumat yayıb.

Məlumata əsasən, ayın 26-da Yunis Mirzəyev küçəsi, ev 4, mənzil 14-də baş vermiş yanğın söndürüldükdən sonra üzərində zorakılıq əlamətləri olan Xuraman Həsənovanın meyiti aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində növbəti gün şübhəli şəxs qismində Orxan Novruzov saxlanılıb. Məlum olub ki, ölən qadın 139 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyib.

İstintaqla müəyyən edilib ki, mayın 25-i saat 21:00 radələrində Orxan Novruzov yeznəsi Şahin Allahverdiyevə konkret kimin evinə getməsini söyləməyərək, onu avtomobillə Xuraman Həsənovanın yaşadığı ünvana aparmasını xahiş edib. Yunis Mirzəyev küçəsindəki 4 saylı binanın qarşısında qohumuna onu gözləməsini deyib, 3-cü mərtəbəyə qalxıb. Evə daxil olandan sonra o, mətbəx otağından götürdüyü bıçaqla qadına xəsarətlər yetirib, daha sonra onu boğub. Qadının öldüyünü görəndən sonra üzərində və evində olan ümumilikdə 8100 manat dəyərində olan zinət əşyalarını talayıb. Bundan sonra cinayətin izini gizlətmək məqsədilə otaqdakı geyim paltarlarını yandıraraq, evdən qaçıb.

Törətdiyi yanğınla Orxan Novruzov Xuraman Həsənovanın mülkiyyətində olan mənzilə ümumilikdə 19 000 manat dəyərində, eləcə də qonşuluqda yaşayan Murad Muradova 8880 manat dəyərində ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Novruzov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində: