"Moyka"dan avtomobil qaçıran şəxs qəza törətdi

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub.

DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.