Məktəb direktoru 5 il azadlıqdan məhrum edildi

Rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Vurğun Mənsimov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ittiham irəli sürülüb.

Cinayət işi üzrə 2 nəfər təhsil işçisi zərərçəkmiş qismində tanınıb.