Mixail Boyarski infarkt keçirdi

Rusiyanın xalq artisti, məşhur aktyor və müğənni Mixail Boyarski Peterburqda Marinski xəstəxanasına yerləşdirilib.

Bu barədə yerli media məlumat yayıb.

Aktyorun oğlu Sergey bildirib ki, atası infarkt keçirib, həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirir.

Qeyd edilir ki, bu ay ikinci dəfə xəstəxanaya yerləşdirilən M.Boyarskinin 26 dekabrda 74 yaşı tamam olub. O, hələ də teatr və kinoda fəaliyyətinə davam edirdi.