Mingəçevirdə sinəsindən xəsarət alan şəxs öldü

Mingəçevirdə sinəsindən xəsarət alan 41 yaşlı kişi ölüb.

Hadisə şəhərin Günəşli bağlar yaşayış massivi 8 saylı küçədə baş verib.

Belə ki, sinə nayihəsindən kəsici alətlə xəsarət alan 1983-cü il təvəllüdlü Əhmədov Aqil Alı oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlayıb.