Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Hadisə dekabrın 5-i saat 22 radələrində baş verib.
Mingəçevir şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Nəsimi Məmmədov 36 yaşlı Tural Rəhimovun başına və gözünə bıçaqla yüngül xəsarət yetirib. T.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.