Mingəçevirdə yeniyetmə bıçaqlanıb.
Hadisə "Energetiklər" yaşayış massivi ərazisində qeydə alınıb.
Qeyd olunur ki, mübahisə və münaqişə zəminində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan bildirilib ki, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Həmin şəxs 2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.