Mingəçevirdə kütləvi dava: BIÇAQLANANLAR VAR

Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub, iki nəfər bıçaqlanıb.

Hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili  xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.

Hadisənin səbəbləri hələlik tam məlum deyil. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır./"unikal"