Məhəlləyə qadınla görüşməyə gələn şəxsi dava zamanı öldürən Yəhya Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə iclasında Yəhya Quliyev ittiham üzrə özünü qismən təqsirli bilərək, əməlindən peşman olmasını qeyd edib.
Məhkəmə Yəhya Quliyevin cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmasını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yəhya Quliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: