Məhkəmə insan alveri ilə məşğul olan şəxslə bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən S.S.-in (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, S.S. qabaqcadan təşkilatlanmış niyyətlə zərərçəkənləri aldadaraq və onların zəiflik vəziyyətindən sui‑istifadə etməklə onlara qarşı bir neçə cinayət hərəkəti törədib.

Belə ki, o, 2021-2022-ci illərdə zərərçəkmiş qadınları cinsi istismar məqsədi ilə aldadıb, hədə‑qorxu və məcburetmə vasitələrindən istifadə edərək onları insan alveri məqsədilə Azərbaycan dövlət sərhədindən keçirməyə cəlb edib. Eyni zamanda təqsirləndirilən şəxs Türkiyədə zərərçəkənlərin pasport və digər şəxsiyyət sənədlərini götürüb saxlayıb, bu vasitə ilə onların azad hərəkətini məhdudlaşdıraraq nəzarətdə saxlayıb və həmin şəxsləri təkrarən tamah niyyəti ilə istismar edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.S. 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib./pravda.az