Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Hacızadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Orxan Hacızadə 2020-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Yanğından Baş Mühafizə İdarəsində yanğınsöndürən vəzifəsinə təyin olunmasına köməklik edəcəyi barədə ona müraciət etmiş vətəndaşların ümumilikdə 44 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 7 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.