Mer narkotik bazarının yaradılmasını təklif edir

Amsterdamın meri Femke Halsema Avropada kokainin dekriminallaşdırılmasını və kriminal bandaları narkotik satışından qazandığı pullardan məhrum etmək üçün tənzimlənən narkotik bazarının yaradılmasını təklif edib. 

Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Belə anlaşılır ki, narkotiklərlə mübarizənin uzun illərdir necə getdiyi və heç bir mənasının olmadığını, “görünür, insanların stimullaşdırıcılara ehtiyacı var” deyə köhnə mahnıya yenidən başlamanın məqsədi elə budur – narkotik gəlirindən gələn nəhəng pulların bandaların yox, dövlətin əlinə keçməsi.

Bu təklif, Benilüks ərazisində (Belçika-Hollandiya-Lüksemburq) son bir neçə ildə həm limanlarda, həm də hava limanlarında kokain müsadirələrində rekord artımın müşahidə edilməsindən sonra dilə gətirilib.

Stopnarkotik.az