Maştağada tanışını qətlə yetirən şəxsə hökm oxundu - 9 İL HƏBS

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 3-də Maştağa qəsəbəsində baş verib. Rəşid Babayev Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən Rəşid Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.