Nikolas Maduro Amerika gəmilərinin və nüvə sualtı qayığının ölkənin sularına yaxınlaşması ilə bağlı mətbuat konfransı keçirib.
Stopnarkotik.az xəbər verir ki, o, ölkəsinin son yüz ilin ən böyük təhlükəsi ilə üz-üzə qaldığını bəyan edərək, 1200 raketi olan səkkiz hərbi gəminin və bir nüvə sualtı qayığının Venesuelaya yönəldiyi barədə açıqlama verib.
Nikolas Maduro mətbuat konfransı zamanı Donald Trampa müraciət edib:
“Cənab prezident Donald Tramp, diqqətli olmalısınız, çünki Marko Rubio sizin əllərinizi qana – Cənubi Amerikanın qanına, Karib dənizinin qanına, Venesuelanın qanına bulamaq istəyir”.
Bundan başqa, Maduro bəzi faktları da sadalayaraq əsas gətirib. O bildirib ki, “ABŞ-a daxil olan narkotiklərin 87%-nin Sakit okeandan, 8%-nin isə Uribenin prezidentliyi dövründə yaradılan və gücləndirilmiş Kolumbiya Quaxirasından keçir”.
Eləcə də Maduro bildirib ki, Kolumbiya hərbi kəşfiyyatındakı "dostları" bunu bilidrlər, necə ki, ABŞ-ın "DEA qurumunun Boqotadakı ofisləri" də "bundan xəbərdarlır". O deyib ki, narkotikin yalnız təqribən 5%-i Venesuela vasitəsilə daşınır, lakin yerli silahlı qüvvələr bunun qarşısını alır, narkokartelə məxsus daşıyıcı 401 təyyarəni sıradan çıxararaq, müsadirə nisbətini 70%-ə çatdırır.
Bundan başqa, Nikolas Maduro Kolumbiyada istehsal olunan kokainin 60%-nin Ekvador vasitəsilə ABŞ-a göndərildiyini bildirib. Eləcə də Marko Rubionun görüşməyə hazırlaşdığı prezident Daniel Noboanın şirkətləri Avropaya narkotik göndərməkdə ittiham olunur.
Stopnarkotik.az