Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.
Stopnarkotik.az TASS-a istinadən verdiyi xəbərə görə, deputatlar qış tətilindən sonra parlamentin milli televiziyada yayımlanan ilk iclasında dövlət başçısının istefası barədə bəyanatını yekdilliklə təsdiqləyiblər.
Novak istefasını fevralın 10-da pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsini tərk etmək qərarına gəlib.
Onun yerinə parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyini irəli sürüb.
Qeyd edək ki, Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
Bu posta irəli sürülmək üçün namizəd deputatların azı 20 faizinin dəstəyini qazanmalı, birinci turda qalib gəlmək üçün isə səslərin üçdə ikisini almalıdır. Macarıstan parlamentli respublikadır, əsas hakimiyyət baş nazir və hökumətin əlində cəmləşib.