Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən Stopnarkotik.az-a bildirib ki, Elxan Sadıxovun idarə etdiyi 77-MS-710 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avomobillə Elməddin Abbasovun idarə etdiyi 77-CD-673 dövlət qeydiyyat nişanlı "Opel" markalı avomobil toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avomobilin sürücüsü Elxan Sadıxov və "Opel" markal avtomobildə olan sərnişin Aynurə Xankişiyeva ölüb.
Fakta bağlı cinayət işi başlanılıb.