Lənkəranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
DİN-nin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, ilkin araşdırma zamanı hadisənin ailə münaqişəsi zamanı baş verdiyi, Lənkəran rayon Şilavar kənd sakini Amil Əliyevin qardaşı Aqil Əlizadəyə kəsilmiş-deşilmiş xəsarət yetirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
*** 16:44
Lənkəran rayon sakini bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə daxil olub. Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.