Lənkəranda poçt şöbəsindən oğurluq edildi

Lənkəran şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Lənkəran şəhərindəki poçt şöbəsində baş verib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gecə saatlarında naməlum şəxsin şüşəni qıraraq pəncərədən içəri daxil olması və üç ədəd bağlamanı oğurlaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi müəyyən edilib. Oğurluğun yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.