Lənkəran rayonunun Şovu kəndində baş verən partlayışın təfərrüatı məlum olub.
Stopnarkotik.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Mağazaya gələn sahibkar obyektin qapısını açıb. O, içəri daxil olarkən mağazanın işıqlarını yandırmaq istəyib və bu vaxt anidən partlayış olub.
Məlumata görə, partlayışa səbəb mağazadakı iki soyuducu olub. Belə ki, köhnə olan soyuducularda nasazlıq yaranıb və soyutma balonundakı maye qaz marketə dolub. Səhər saatlarında sahibkar Mahir Cəbrayılov marketin işığını yandırarkən partlayış baş verib.
Hadisə nəticəsində M.Cəbrayılov ağır yanıq xəsarətləri alıb.
***12:57
Lənkəranda mağazada partlayış olub, xəsarət alan var.
Hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib.
İlkin ehtimala görə partlayışa səbəb soyuduculardan birinin balonundan qaz sızması olub.
Partlayış zamanı mağazada olan satıcı Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt üzrə araşdırma davam etdirilir.