Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. İ. Səfərov əməliyyata götürülüb.
İlkin məlumata görə, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma gedir.