Lerikdə mübahisə qanla bitdi: BİR NƏFƏR BIÇAQLANDI

Lerik rayonunda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Cəfərov aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı həmkəndlisi, 1998-ci il təvəllüdlü Pərviz Mehman oğlu İmanova sağ kürək nahiyəsinə bıçaqla zərbə endirib.

Faktla bağlı cinayət işi başlanılıb.