Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olublar.
Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Əliyeva Rübabə Teyyub qızı onları sakitləşdirmək istəyib.
Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyyəsindən bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.