Kürdəmirdə qanunsuz saxlanılan ODLU SİLAH GÖTÜRÜLDÜ

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində gün ərzində  2 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.