Rusiyanın Saratov vilayətində qəsdən sağlamlığa ağır zərər vurma, insan ölümünə səbəb olmaqda təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, istintaq və məhkəmənin araşdırmasına görə, təqsirləndirilən şəxs 2023-cü il oktyabrın 17-də Orconikidze meydanında yerləşən müəssisələrdən birində qonaqlardan biri ilə münaqişə zəminində onun başına dəfələrlə zərbələr endirib.
Zərərçəkən aldığı xəsarətlərdən oktyabrın 24-də xəstəxanada ölüb.
Məhkəmə azərbaycanlıya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məlumata görə, ölümlə nəticələnən dava Saratovdakı “Gecə” barında baş verib. Həmçinin azərbaycanlının öldürdüyü şəxsin kriminal aləmin üzvü olduğu bildirilir.